Yens Stoltenberq NATO müdafiə nazirləri toplantısına dair açıqlamalar verdi

NATO üzvü olan 29 ölkənin müdafiə nazirləri 26-27 iyun tarixlərində Belçikanın paytaxtı Brüsseldə görüşəcəklər.

1224933
Yens Stoltenberq NATO müdafiə nazirləri toplantısına dair açıqlamalar verdi
jens stoltenberg.jpg

NATO üzvü olan 29 ölkənin müdafiə nazirləri 26-27 iyun tarixlərində Belçikanın paytaxtı Brüsseldə görüşəcəklər.
 
 Türkiyəni toplantıda milli müdafiə naziri Hulusi Akar təmsil edəcək.

NATO baş katibi Yens Stoltenberq mətbuat nümayəndələri ilə görüşərək toplantıya dair açıqlamalar verdi.
 

Stoltenberq toplantıda əsas müzakirə mövzularından birinin müdafiə xərcləri və yük mübadiləsinin olacağını söylədi.
 
Baş katib müttəfiqlərin son 5 ildə müdafiə xərclərini artırdığına diqqət çəkərək bu ilin sonunda 8 üzvün ümumi daxili məhsulun 2 faizini müdafiə sahəsinə ayıraraq öhdəliklərini yerinə yetirmələrini gözlədiklərini ifadə etdi.
 
 Toplantıda Rusiyanın Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsini (INF) pozmasının də gündəmə gələcəyini bildirən Stoltenberq Rusiyanın müqavilənin öhdəliklərini yerinə yetirməsi üçün avqustun 2-nə qədər vaxtı olduğunu xatırlatdı.
 
 İttifaqın yeni bir silahlanma yarışı istəmədiyini dilə qətirən Stoltenberq bu çərçivədə NATO-Rusiya Şurasının da gələcək həftə toplanacağını, tərəflər arasında "açıq və dürüst" bir dialoq olacağını bildirdi.
 
 Müdafiə nazirlərinin kosmosda imkan və sınaqları müəyyən etmək üçün ortaq bir kosmos siyasətini təsdiq edəcəyini də qeyd edən baş katib NATO-nun kosmik siyasətinin gücləndirilməsinə dair qərar qəbul etdiyini söylədi.
 
 NATO baş  katibi Əfqanıstanın da əhəmiyyətli gündəm maddəsi olacağını bildirərək, NATO-nun ölkədə sülhü təmin etmək əzminin də davam etdiyini vurğuladı.
 
 Stoltenberq İran məsələsinin NATO müdafiə nazirləri toplantısının rəsmi gündəm maddəsi olmadığını, lakin həm iclas çərçivəsində, həm də ikitərəfli görüşlərdə müzakirə olunacağını ifadə etdi.



Әlaqәli Xәbәrlәr