Rusiya Orta Şərqlə bağlı xəbərdarlıq etdi

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Amerika Birləşmiş Ştatlarının İran ilə bağlı vəziyyəti bilərək ağırlaşdırdığını bildirdi.

1222084
Rusiya Orta Şərqlə bağlı xəbərdarlıq etdi

 
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiyanın Soçi şəhərində mətbuat nümayəndələri ilə görüşərək ABŞ-ın Orta Şərqdə artan hərbi fəaliyyətləri barədə fikir bildirdi.
 
 ABŞ-ın İrana təzyiq etməyə davam etdiyinə diqqət çəkən Ryabkov: "ABŞ İran ilə bağlı vəziyyəti şüurlu olaraq ağırlaşdırır" dedi.
 
 Ryabkov ABŞ ilə İran arasındakı gərginliyin azaldılması və sabitləşdirilməsi üçün siyasi və diplomatik vasitələrə əl atılmasının vacibliyini vurğulayaraq: "Əks halda, regionda yeni qarşıdurma ola bilər. Bu qətiyyən qəbul edilə bilməz" deyə bildirdi.
 
 Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev də Rusiyanın Ufa şəhərində Beynəlxalq Kiber Təhlükəsizlik Konfransından sonra jurnalistlərə verdiyi açıqlamada İranın konfransda sanksiyalara qarşı mübarizə ilə bağlı uzunmüddətli beynəlxalq mexanizmin yaradılması təklifini verdiyini və Rusiyanın bu təklifi dəstəklədiyini qeyd etdi.
 
 ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəis Maykl Gildey (Michael Gilday) daha əvvəl İrana qarşı bölgəyə göndəriləcək əlavə hərbi qüvvənin kəşfiyyat məqsədli pilotlu və pilotsuz uçan aparatlardan, 4 "Patriot" batareyası olan bir "Patriot" batalyonundan, mühafizəsi tədbirlərini təkmilləşdirmək üçün bir mühəndis birliyindən və bir döyüş təyyarəsi donanmasından ibarət olduğunu açıqlamışdı.



Әlaqәli Xәbәrlәr