Merkel: "İran ilə bağlı ixtilaflı vəziyyəti dinc yolla həll etmək üçün əlimizdən gələni etməliyik"

Almaniya kansleri Angela Merkel İran ilə ixtilafın dinc şəkildə həll edilməsi üçün hər yolun sınaqdan keçirilməsinin vacib olduğunu söylədi.

1221091
Merkel: "İran ilə bağlı ixtilaflı vəziyyəti dinc yolla həll etmək üçün əlimizdən gələni etməliyik"

Almaniya kansleri Angela Merkel Ukrayna prezidenti Vladimir Zelenskini paytaxt Berlində hərbi mərasimlə qarşıladı.

 Liderlər daha sonra keçirdikləri görüşdən sonra birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdılar.

 Merkel ötən həftə  Amerika Birləşmiş Ştatlarının Oman körfəzindəki tankerlərə edilən hücumun arxasında İranın durduğuna dair  dəlillər təqdim etdiyi ilə bağlı verilən suala : "Bu açıqlamalara münasibətimiz ciddidir. İran ilə bağlı ixtilaflı vəziyyəti dinc yolla həll etmək üçün əlimizdən gələni etməliyik" deyə cavab verdi.

 

 Kansler ölkəsinin bu istiqamətdə səy göstərdiyini və xarici işlər naziri Heiko Maasın İrana səfər etdiyini xatırladaraq: "Amerikalı tərəfdaşlarla yaxın əəlaqə saxlayırıq. Vəziyyətin ciddi olduğunu bilirik. Bütün tərəflərə təsir etmək üçün hər şeyi edəcəyik" dedi.

  Merkel xüsusilə, İranı gərginliyi artırmamağa çağırdıqlarını qeyd etdi.

  İranın nüvə müqaviləsinə əməl etməsini də tələb edən Almaniya kansleri: "Bu olmasa, bunun nəticələri var" ifadəsini işlətdi.

 



Әlaqәli Xәbәrlәr