İsrail әsgәrlәri müxtәlif iddialar irәli sürәrәk 9 fәlәstinlini dә saxlayıb

Bu barәdә İsrail ordusundan  verilәn mәlumatda bildirilib.

1220808
İsrail әsgәrlәri müxtәlif iddialar irәli sürәrәk 9 fәlәstinlini dә saxlayıb

 

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilindә 9  fələstinlini həbs edib.

Bu barәdә İsrail ordusundan  verilәn mәlumatda bildirilib.

Məlumata görə,   İordan çayının qərb sahilinin müxtəlif bölgələrində gecə radələrində keçirilən əməliyyatlar nәticәsindә 9 fәlәstinlini saxlanılıb.

Onlar dindirilmәk üçün bölgәdәki nәzarәt mәntәqәsinә aparılıb.

İşğal altındakı Şәrqi Qüds vә  İordan çayının qәrb sahillilindә vaxtaşırı evlәrә basqın tәşkil edәn İsrail qüvvәlәri müxtәlif iddialar irәli sürәrәk fәlәstinlilәri saxlayır.

Fәlәstinin rәsmi mәnbәlәrinin yaydığı mәlumata әsasәn, İsrail hәbsxanalarında altı minədək  fәlәstinli mәhbus var.

Qeyd edәk ki, fələstinlilər 2018-ci ilin 30 mart tarixindәn  etibarәn işğal  altındakı Qəzza zolağında  ‘‘milyonluq yürüş’’ adı altında mitinqlәr keçirir.



Әlaqәli Xәbәrlәr