İngiltərə baş nazirliyinə namizədlər dəqiqləşdi

İngiltərənin baş naziri Tereza Mey (Theresa May) ölkəsinin Avropa İttifaqından (Aİ) ayrılma (Brexit) böhranı ilə bağlı 7 iyunda partiyasının sədrliyindən istefa verməsilə yeni baş nazir namizədləri dəqiqləşdi.

1216122
İngiltərə baş nazirliyinə namizədlər dəqiqləşdi

  İngiltərənin baş naziri Tereza Mey (Theresa May) ölkəsinin Avropa İttifaqından (Aİ) ayrılma (Brexit) böhranı ilə bağlı 7 iyunda partiyasının sədrliyindən istefa verməsilə yeni baş nazir namizədləri dəqiqləşdi.

  İqtidardakı Mühafizəkarlar Partiyasının sədrliyi uğrunda 10 namizəd yarışır:

  1. xarici işlər naziri Ceremi Hant (Jeremy Hunt),
  2. daxili işlər naziri Sacid Cavid (Sajid Javid),
  3. səhiyyə naziri Mett Henkok (Matt Hancock),
  4. ətraf mühit naziri Maykl Qouv (Michael Gove),
  5. beynəlxalq inkişaf naziri Rori Stüart (Rory Stewart)
  6. əvvəlki xarici işlər naziri Boris Conson (Boris Johnson),
  7. əvvəlki əmək naziri Ester MakVey (Esther McVey),
  8. əvvəlki Brexit naziri Dominik Raab (Dominic Raab),
  9. “Avam Kamarası”nın (partiyanın parlament qrupu) əvvəlki sədri Andrea Lidsom (Andrea Leadsom),
  10. əvvəlki qrup Nazirlər Kabinetinin vəkili Mark Harper.

  Partiyanın sədrlik seçkisi qaydalarına görə, namizədlərə əvvəlcə partiyanın parlament qrupunda səs veriləcək. 13 iyundan başlayacaq səsvermələr namizəd sayı 2-yə düşənə qədər davam edəcək. Sonda qalan iki adama partiyanın təxminən 125 min üzvü məktub yoluyla səs verəcək. Səsvermə 22 iyula qədər sürəcək. Beləliklə, Mühafizəkarlar Partiyasının yeni sədri və yeni baş nazir 23 iyulda elan olunacaq.  

  Yeni sədr seçilənədək T.Mey vəzifəsinə və baş nazirliyə davam edəcək.

  Qeyd edək ki, Avropa İttifaqı ilə Brexit (İngiltərənin Aİ-dən ayrılması) razılaşmasının parlamentdə 3 dəfə rədd edilməsindən sonra Tereza Mey partiyaiçi müxalifətin təzyiqinə dözməyərək keçən həftə istefa verib.



Әlaqәli Xәbәrlәr