London bələdiyyə sədri Trampı 30-40-cı illərin diktatorlarına bənzətdi və bildiyini etdi

ABŞ prezidenti Donald Trampın Böyük Britaniyaya səfəri yenə etirazlarla qarşılandı. Belə ki, Bakinqam sarayının ətrafına toplaşan bir qrup insan onun Londona gəlişinə etiraz edib.

1213291
London bələdiyyə sədri Trampı 30-40-cı illərin diktatorlarına bənzətdi və bildiyini etdi
trump.JPG

  ABŞ prezidenti Donald Trampın Böyük Britaniyaya səfəri yenə etirazlarla qarşılandı. Belə ki, Bakinqam sarayının ətrafına toplaşan bir qrup insan onun Londona gəlişinə etiraz edib.

  London polisi şəhərdə ciddi təhlükəsizlik tədbirləri həyata keçirib.

  Tramp da buna görə London bələdiyyə sədri Sadiq Xana təhqirlər yağdıraraq “twitter” belə yazıb: "London bələdiyyə sədri, çox pis iş görən Sadiq Xan İngiltərənin ən əhəmiyyətli müttəfiqi olan ABŞ-ın prezidentinə qarşı axmaq bir ədəbsizlik edir. Mənə deyil, gedib Londondakı cinayətlərə baxsın… O, Nyu-York bələdiyyə sədri Bill de Blasioya bənzəyir, aradakı fərq London bələdiyyə sədrinin balacaboy olmasıdır".  

  İngiltərə kraliçası II Yelizavetanın (Elizabeth) rəsmi dəvətilə İngiltərəyə gedən Amerika prezidentinin səfəri 3 gün sürəcək. Londonda iyunun 4 və 5 iyun tarixlərində Tramp əleyhinə nümayişlərdə Xanın icazəsilə "körpə Tramp" adlı nəhəng şar da uçurdulacaq.

  Qeyd edək ki, Tramp üçün qırmızı xalı sərilməsinə qarşı çıxan London bələdiyyə sədri səfərin ilk günü - iyunun 3-ü ABŞ prezidentini 1930-1940-cı illərin avropalı diktatorlarına bənzətmişdi.

  Xatırladaq ki, Donald Tramp Britaniyaya ötənilki səfəri zamanı da etiraz aksiyaları ilə qarşılanmışdı.



Әlaqәli Xәbәrlәr