Kabildә terror aktları törәdildi, ölәn vә xәsarәt alanlar var

Bu barәdә Әfqanıstan Xarici işlәr Nazirliyinin mәtbuat katibi Nasrat Rәhimi mәlumat verib.

1212661
Kabildә terror aktları törәdildi, ölәn vә xәsarәt alanlar var

 

 

Әfqanıstanın paytaxtı Kabildә hәyata keçirilәn 3 ayrı terror aktları nәticәsindә ilkin mәlumatlara әsasәn bir nәfәr hәlak olub.

Bu barәdә Әfqanıstan Xarici işlәr Nazirliyinin mәtbuat katibi Nasrat Rәhimi mәlumat verib. Nasrat Rәhimi mәtbuat orqanlarının nümayәndәlәrinә verdiyi açıqlamada bildirib ki,  ilk hücum tәlәbәlәri daşıyan sәrnişin avtobusunu  hәdәf alıb. Rәhimi digәr hücumların isә törәdilәn hücumun yaxınlığında baş verdiyini ifadә edib.

Terror aktları nәticәsindә ilkin mәlumatlara әsasәn bir nәfәrin hәlak olduğunu deyәn Nasrat rәhimi 17 nәfәrin dә müxtәlif dәrәcәli xәsarәtlәr aldığını vurğulayıb.

Rәhimi xәsarәt alanlar arasında bir jurnalistin dә olduğunu sözlәrinә әlavә edib.

Qeyd edәk ki, hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb.



Әlaqәli Xәbәrlәr