Yaponiya hökuməti Şimali Koreyaya təklifə hazırlaşır

Yaponiyanın “Kyodo” xəbər agentliyində yazılana görə...

1210621
Yaponiya hökuməti Şimali Koreyaya təklifə hazırlaşır

  Yaponiya hökuməti baş nazir Şinzo Abe ilə Şimali Koreyanın prezidenti Kim Çen İnin (Kim Jong Un) görüşünü təşkil etmək üçün təklifə hazırlaşır.

  Yaponiyanın “Kyodo” xəbər agentliyində yazılana görə, Yaponiya hökuməti Şinzo və Kim arasında görüş və Monqolustanda keçiriləcək Şimali Asiya Təhlükəsizliyi üçün Ulan Batur Dialoqu yığıncağı üçün rəsmi Pxenyan (Pyongyang) rəhbərliyinə təklif təqdim etməyi planlaşdırır.

  Bu məqsədlə Yaponiya Xarici İşlər Nazirliyi Asiya və Okean Əlaqələri Bürosundan nümayəndə heyətini 5-6 iyun tarixlərində ediləcək zirvə toplantısı üçün Monqolustana göndərəcək.

  İki ölkə arasında diplomatik əlaqə olmadığından Yaponiya və Şimali Koreya dövlət adamlarının konfrans yolu ilə bir araya gəlməsi nəzərdə tutulur.

  Xatırladaq ki, Şinzo Abe 7 mayda etdiyi çıxışında "Şimali Koreya rəhbərilə şərtsiz müzakirəyə açığıq" deyib.



Әlaqәli Xәbәrlәr