Səudiyyə Ərəbistanı BMT-yə İranla bağlı çağırış etdi

Səudiyyə Ərəbistanı BMT Təhlikasizlik Şurasından İranın bölgədəki dağıdıcı əməliyyatlarının qarşısının alınmasını istədi.

1207052
Səudiyyə Ərəbistanı BMT-yə İranla bağlı çağırış etdi

Səudiyyə Ərəbistanı BMT Təhlikasizlik Şurasından İranın bölgədəki dağıdıcı əməliyyatlarının qarşısının alınmasını istədi.

Mərkəzi qərargahı Səudiyyə Ərəbistanında yerləşən “Al Arabiya” telekanalının xəbərinə görə, rəsmi Ər-Riyad  BMT TŞ-ya məktub göndərərək İranın bölgədəki dağıdıcı əməliyyatlarının qarşısını almasını tələb etdi.

“İranın beynəlxalq sülh və təhlükəsizliklə yanaşı dünya neft bazarlarının tədarükünü və sabitliyini hədəf götürən pozuntularını davam etdirdiyi” ifadə edilən məktubda BMT və beynəlxalq ictimaiyyəti resmi Tehrana qarşı qətiyyətli mövqe ortaya qoyaraq üzərinə düşən məsuliyyəti yerinə yetirməyə çağırdı.

Həmin məktubda ayrıca Səudiyyə Ərəbistanının vətəndaş müharibəsinə mane olmaq üçün lazım olan bütün addımları atacağı qeyd edildi.

ABŞ keçən həftələrdə İrandan gələ biləcək təhditlərə qarşı tədbir məqsədilə “USS Abraham Lincoln” Təyyarə Gəmisi Hücum Qrupu ilə 4 nüvə həcmli “B-52” bombardman təyyarələrindən ibarət Bombardman Vəzifə Gücünü körfəzə göndərmişdi.

Həmçinin 12 mayda 2-si Səudiyyə Ərəbistanına məxsus 4 ticarət gəmisi Birləşmiş Ərəb Əmirlikləri sahil suları yaxınlığında təxribata məruz qalmış, 14 mayda isə Səudiyyə Ərəbistanıdakı iki yanacaqdoldurma məntəqəsinə dronla hücum edilmişdi. Birləşmiş Ərəb Əmirlikləri ticarət gəmilərinə istiqamətli təxribatçılığın İran tərəfindən həyata keçirildiyi iddia edilmişdi.  



Әlaqәli Xәbәrlәr