Ceyms Cefri Suriya mәsәlәsini qiymәtlәndirib

Ceyms Cefri Nümayәndәlәr Palatasında ‘‘Donald Trampın Suriya ilә bağlı strategiyası’’ adı altında keçirilәn iclasda çıxış edib.

1206453
Ceyms Cefri Suriya mәsәlәsini qiymәtlәndirib

 

Amerika Birlәşmiş Ştatlarının Suriya üzrә xüsusi nümayәndәsi Ceyms Cefri bildirib ki, prezident Donald Tramp  Suriya Demokratik Qüvvәlәri ilә  PKK arasındakı siyasi әlaqәni bilir.

Ceyms Cefri Nümayәndәlәr Palatasında ‘‘Donald Trampın Suriya ilә bağlı strategiyası’’ adı altında keçirilәn iclasda çıxış edib.

Suriyanın şimalında deeskalasiya zonasının yaradılması mәsәlәsindә Türkiyә hazırda razılaşmanın әldә olunmadığını deyәn Ceyms Cefri müzakirәlәrin davam etdiyini bildirib.

Ceyms Cefri qeyd edib ki, Donald Tramp  Suriya Demokratik Qüvvәlәri ilә  PKK arasındakı siyasi әlaqәni bilir. Deeskalasiya zonasının yaradılması üçün Türkiyә vә bölgәdәki  tәrәfdaşlarımızla fәaliyyәtlәrimizi davam etdiririk.

Suriyada davam edәn vәtәndaş müharibәsindә әn çox tәsirlәnәn ölkәnin Türkiyә olduğunu deyәn Ceyms Cefri hәmçinin qeyd edib ki, separatçı terror tәşkilatı PKK Suriyanın şimal-şәrqindә vә ya başqa  bir bölgәsindә hücuma keçәrsә ciddi problemlәr  yaşanacaq.



Әlaqәli Xәbәrlәr