NATO-ya üzv dövlәtlәrin Baş Qәrargah rәislәri sәviyyәsindәki iclası başlayıb

NATO-ya üzv 29 dövlәtin Baş Qәrargah rәislәri gündәmdәki aktual mövzuları müzakirә etmәk üçün NATO-nun mәrkәzi qәrargahında bir araya gәliblәr.

1206144
NATO-ya üzv dövlәtlәrin Baş Qәrargah rәislәri sәviyyәsindәki iclası başlayıb

 

 

NATO-ya üzv dövlәtlәrin Baş Qәrargah rәislәri sәviyyәsindәki iclası Belçikanın  paytaxtı  Brüsseldә  başlayıb.

NATO-ya üzv  29 dövlәtin Baş Qәrargah rәislәri gündәmdәki aktual mövzuları müzakirә etmәk üçün NATO-nun mәrkәzi qәrargahında bir araya gәliblәr.

İclasda strateji mövzular,  NATO-nun hәrbi strategiyası, müdafiә mövzusu, Ukraynadakı tәhlükәsizlik vәziyyәti vә Aralıq dәnizi dialoqu çәrçivәsindә tәrәfdaşlarla olan münasibәtlәr müzakirә olunacaq.

Türkiyәni  iclasda Türkiyә Silahlı Qüvvәlәrinin  Baş Qәrargah rәisi, general Yaşar Gülәr tәmsil edir.  İclasa Hәrbi Hava Qüvvәlәrinin Komandanı Stuart Peach sәdrlik edir.

NATO-ya üzv dövlәtlәrin Baş Qәrargah rәislәri sәviyyәsindәki iclası ildә üç dәfә keçirilir.  

İclaslarda qlobal tәhlükәsizlik, NATO-nun hәyata keçirdiyi әmәliyyatlar kimi mövzular gündәmә gәlir.



Әlaqәli Xәbәrlәr