Çindә binanın çökmәsi nәticәsindә 87 nәfәr xәsarәt alıb

Çinin Quansi Cuan muxtar regionunda binanın damının çökməsi nəticəsində 3 nəfər ölüb, 87 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

1204631
Çindә binanın çökmәsi nәticәsindә 87 nәfәr xәsarәt alıb

Çinin Quansi Cuan muxtar regionunda binanın damının çökməsi nəticəsində 3 nəfər ölüb, 87 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Şinxua agentliyinin yaydığı məlumata əsasən, hadisə zamanı binada 100 nəfər olub. İnsident nəticəsində binada 4 nəfərin qapalı qaldığı qeyd olunub . Axtarış-xilasetmə əməliyyatları nəticəsində xilas edilən 90 nəfərin xəstənanaya çatdırıldığı bildirilir. Xəsarət alanlardan üçünün edilən bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. Yaralananlardan 16-nın vəziyyətinin ağır olduğu bildirilir.  Hadisə yerində axtarış işləri aparılır. Dağıntı altından yaralı və ölülərin tapılması ehtimalı böyükdür.

Faktla bağlı araşdırma aparılır.



Әlaqәli Xәbәrlәr