Almaniyada irqçiliyə etiraz edildi

Almaniyada mayın 26-da keçiriləcək Avropa Parlamenti seçkilərindən bir həftə əvvəl Avropada artan irqçiliyə qarşı etiraz aksiyaları keçirildi.

1204171
Almaniyada irqçiliyə etiraz edildi

Almaniyada mayın 26-da keçiriləcək Avropa Parlamenti seçkilərindən bir həftə əvvəl Avropada artan irqçiliyə qarşı etiraz aksiyaları keçirildi.

Çoxsaylı qeyri-hökumət təşkilatları tərəfindən "Hamı üçün vahid Avropa"  şüarı altında təşkil edilən aksiyalar paytaxt Berlinlə yanaşı, Köln, Leypsiq, Münhen, Hamburq və Stuttqartda keçirilidi.

Berlində üzərində "Nasionalizmə qarşı hamı üçün vahid Avropa","Bölünməz" yazılmış plakatlar daşıyan etirazçılar Avropada irqçiliyə yer olmadığını nümayiş etdirdilər.

Avropa İttifaqının bayraqlarının daşındığı yürüşdə təxminən 20 min nəfər iştirak etdi.

Yürüşdə çıxış edənlər AP seçkilərində ultra sağçı və populist partiyalara səs verməməyə çağırdılar. Çıxışlarda: "Avropada diskriminasiyaya, islamofobiyaya və antisemitizmə yer yoxdur. İnsan hüquqları xüsusilə azlıqların hüququdur". ifadəsi işlədildi.

Kölndə beş fərqli məntəqədən başlayan yürüşün sonunda təxminən 25000 nümayişçi Reyn çayının sahilindəki  "Deutz Werft" meydanında toplaşdı.

Nümayişçilər üzərində "Avropa birləş", "İrqçiliyə qarşı səsinizi yüksəldin" və "İrqçiləri seçməyin" yazılmış plakatlar qaldırdılar.

Almaniyanın xarici işlər naziri Heiko Maas "Twitter" vasitəsilə verdiyi açıqlamada nümayişlərin izdihamlı keçməsinə görə razılığını bu şəkildə ifadə etdi:"Bu verilən siqnal üçün təşəkkür edirik. Biz bir neçə insanın deyil, çoxların Avropasını,  bir-birinə qarşı olanların deyil, bərabərliyin Avropasını istəyirik".



Әlaqәli Xәbәrlәr