Tramp miqrat siyasətində yeni islahatları açıqladı

Amerika Birləşmiş Ştatları Prezidenti (ABŞ) Donald Tramp "Green Card" proqramını hədəf alan "ləyaqət əsasında immiqrasiya siyasətinə" dair qərarın detallarını açıqlayıb.

1203100
Tramp miqrat siyasətində yeni islahatları açıqladı

Tramp Ağ Evin həyətində təşkil etdiyi mətbuat konfransında həyata keçiriləcək layihə ilə əsas prioritetin ABŞ işçilərinin maraqları olduğunu bildirib.

ABŞ qanunlarının insan ticarətinə imkan yaratdığını ifadə edən Tramp, yeni dəyişikliklə cinayət və qeyri-qanuni işlərə qarışanların ABŞ-a daxil olmasına icazə verilməyəcəyini ifadə edərək: “Yeni immiqrasiya sistemi ədalətli olacaq. miqrantların 66% -i qohum münasibətləri ölkəyə daxil olarkən 22% isə lotereya ilə Green Card alıb. Təsadüfi immiqrant seçimi ABŞ dəyərləriylə üst-üstə gəlmir. ABŞ-a Geern Card ilə daxil olan immiqrantların əksəriyyəti xüsusiyyəti olmayan adi işçiylərdir. Lotereya ilə miqrant qəbul etmək ölkədəki ictimai təhlükəsizlik və sosial təminat proqramlarına mənfi təsir edir”.



Әlaqәli Xәbәrlәr