ABŞ Türkiyə poladına tətbiq etdiyi vergini endirdi

ABŞ prezidenti Donald Tramp rəsmi Vaşinqtonun Türkiyədən polad idxalına tətbiq etdiyi 50% gömrük vergisində dəyişiklik edib.

1202911
ABŞ Türkiyə poladına tətbiq etdiyi vergini endirdi

Prezident hazırda tətbiq olunan gömrük vergisini yarıbayarı azaldaraq 25%-ə endirib.

Prezidentin gömrük vergisini 25% faiz endirdiyinə dair qərar imzaladığı Ağ Evdən yayılan yazılı açıqlamada bildirildi. Daha əvvəl niyə 50%-ə çıxarıldığına dair səbəblərin xatırladıldığı açıqlamada bildirilib ki, əvvəlki illərlə müqayisədə Türkiyədən idxal olunan poladın miqdarında azalma müşahidə edilib. Bu da  gömrük vergisində endirimini  nəzərdə   tutan  qərarının qəbulunda təsirli olub.

Qeyd edək ki, ABŞ hökuməti ötən ilin 10 avqustunda Türkiyədən idxal olunan polada 50% gömrük vergisi tətbiq olunacağını açıqlamışdı. Aliminium idxalına isə 20% vergi tətbiq olunmuşdu. Türkiyə bu qərarın Ümumdünya Ticarət Təşkilatının qaydalarına zidd olduğunu bildirmiş və ABŞ-ı təşkilata şikayət etmişdi.

 



Әlaqәli Xәbәrlәr