Şimali Koreya son 40 ilin ən şiddətli quraqlığını yaşayır

Şimali Koreyada quraqlığın may ayının sonlarına qədər davam edəcəyi gözlənilir.

1201864
Şimali Koreya son 40 ilin ən şiddətli quraqlığını yaşayır

 

Şimali Koreya 40 ilin ən güclü quraqlığı ilə qarşı-qarşıyadır.

Koreya Mərkəzi Teleqraf Agentliyinin yaydığı məlumata görə, 2019-cu ilin ilk beş ayında ölkəyə orta hesabla 54,4 millimetr yağıntı düşüb ki, bu da son 37 il ərzində ən aşağı göstəricidir. Şimali Koreyada quraqlığın may ayının sonlarına qədər davam edəcəyi gözlənilir.

Bir qədər əvvəl Birləşmiş Millətlər Təşkilatı  pis məhsuldarlıq fonunda kəskin ərzaq çatışmazlığı səbəbindən Şimali Koreyada  10 milyon insanın zərər görə biləcəyi barədə xəbərdarlıq etmişdi.



Әlaqәli Xәbәrlәr