Nigeriyada silahlı qruplaşmalara qarşı әmәliyyatlar keçirilir

Bu barәdә Nigeriya Hәrbi Hava Qüvvәlәrinin Kommunikasiya mәsәlәlәri üzrә rәsmisi qeyd edib.

1201873
Nigeriyada silahlı qruplaşmalara qarşı әmәliyyatlar keçirilir

 

 

Nigeriya ordusunun ölkәnin şimal-qәrbindә silahlı qruplaşmalara qarşı keçirdiyi әmәliyyatlar nәticәsindә 12 nәfәr öldürülüb, qirovluqda saxlanılan 15 nәfәr dә xilas edilib.

Bu barәdә Nigeriya Hәrbi Hava Qüvvәlәrinin Kommunikasiya mәsәlәlәri üzrә rәsmisi qeyd edib. Әmәliyyatın Kaduna әyalәtinin Qviri vә Katsina әyalәtinin Sabuva  bölgәsindә keçirildiyi bildirilib.

Әmәliyyatlar zamanı 12 silahlının öldürüldüyü, qirovluqda saxlanılan 15 nәfәrin dә azad edildiyi qeyd olunub. Әmәliyyatlar nәticәsindә hәmçinin silahlılara mәxsus çox sayda silah vә hәrbi sursatın әlә keçirildiyi vurğulanıb.

Qeyd edәk ki, bölgәdә vaxtaşırı çobanlarla fermerlәr arasında şiddәtli qarşıdurmalar yaşanır.



Әlaqәli Xәbәrlәr