Donald Trampın Ci Cinpinlə Yaponiyada görüş keçirməsi planlaşdırılır

ABŞ prezidenti Donald Tramp ilə Çinin dövlət başçısı Ci Cinpinin gələcək həftə Yaponiyada keçiriləcək G20 ölkələrinin zirvə yığıncağında görüş keçirə biləcəyi bildirilib.

1199811
Donald Trampın Ci Cinpinlə Yaponiyada görüş keçirməsi planlaşdırılır

ABŞ prezidenti Donald Tramp ilə Çinin dövlət başçısı Ci Cinpinin gələcək həftə Yaponiyada keçiriləcək G20 ölkələrinin zirvə yığıncağında görüş keçirə biləcəyi bildirilib.

Trampın iqtisadiyyat məsələləri üzrə məsləhətçisi Lary Kudlov iyun ayının axırında Yaponiyada keçiriləcək G20 zirvə toplantısında Tramp ilə Cinpinin görüş keçirməsinin gözlənildiyini söyləyib.

Amerikan “Fox news”də yayımlanan proqramda iştirak edən Kudlov ABŞ ilə Çin arasında davam edən ticarət sazişinə dair müzakirələri qiymətləndirərək deyib ki, iki ölkə arasında səlahiyyətlilər arasında görüş prosesi davam edir. Yaponiyadakı zirvə toplantısı zamanı iki liderin bir araya gəlməsi planlaşdırılır.

Qeyd edək ki, Tramp ilə Ci Cinpinin görüş keçirəcəyi gözlənilən G20 zirvə toplantısı Yaponiyanın Osaka şəhərində 28-29 iyun tarixlərində baş tutacaq.

ABŞ ilə Çin arasında davam edən ticarət müzakirələrində son olaraq cümə görə Ağ Evdə görüşlər keçirilmiş, ancaq tərəflər bir nəticə əldə edə bilməmişdilər.

Bu barədə Ağ Ev rəhbəri özünün "Twitter" səhifəsində yazmışdı ki, Amerika Birləşmiş Ştatları Çinə iqtisadi münasibətdə bu ölkənin məhsullarına qoyulmuş rüsumları artıraraq Pekinlə olmaq istədiyi vəziyyətdədir.

"Biz Çinlə olmaq istədiyimiz yerdəyik. Xatırlayın, onlar bizimlə razılaşmanı pozdular və şərtləri təkrar gözdən keçirməyə çalışdılar. Biz Çindən on milyardlarla dollar rüsumları götürəcəyik. Məhsulların ixracatçıları özləri malları ABŞ-da istehsal edə və ya onu ölkələrdən idxal edə bilərlər, hansılar ki, vergi rüsumları qoyulmur", - deyə prezident yazıb.



Әlaqәli Xәbәrlәr