Burkina Fasoda katolik kilsəsinə hücum təşkil edildi

Hücumda 7 nəfər həlak oldu.

1199921
Burkina Fasoda katolik kilsəsinə hücum təşkil edildi

Burkina Fasoda katolik kilsəsinə hücum təşkil edildi. Hücumda 7 nəfər həlak oldu.

 

 Yerli mətbuatın hadisə barədə yaydığı xəbərlərdə hücumun Sanmatenqa əyalətinin Dablo rayonunda silahlı şəxslərin katoliklərə aid bir kilsəyə bazar ayini zamanı edidliyi bildirildi.

 

Silahlılar kütlənin üzərinə atəş açıblar, nəticədə 7 nəfər həlak olub.

 

 Qeyd edək ki,  aprelin 28-də ölkənin şimalındakı Soum əyalətinin Silqadi rayonunda da protestantlara aid bir kilsəyə edilmiş və bu hücumda 5 nəfər həlak olmuşdu.

 

 Burkina Faso 2015-ci ildən bu yana terror hücumlarına məruz qalır. Əvvəllər ölkənin şimalında və Saheldə artan hücumlar daha sonra qərbə və orta bölgələrə də yayıldı.

 

 Rəsmi məlumatlara görə, son 4 ildə törədilmiş terror aktlarında 400-ə yaxın insan həlak olub.

 

 Ölkənin 13 rayonundan 7-də1 yanvardan etibarən fövqəladə hal elan edilib.



Әlaqәli Xәbәrlәr