Somalidə 17 DEAŞ üzvü zərərsizləşdirildi

Amerika Birləşmiş Ştatlarının Somalidə terror təşkilatı DEAŞ-a qarşı son üç gündə həyata keçirdiyi hava hücumlarında 17 təşkilat üzvü zərərsizləşdirildi.

1199206
Somalidə 17 DEAŞ üzvü zərərsizləşdirildi

Amerika Birləşmiş Ştatlarının Somalidə terror təşkilatı DEAŞ-a qarşı son üç gündə həyata keçirdiyi hava hücumlarında 17 təşkilat üzvü zərərsizləşdirildi.
 
 Bu barədə məlumatı ABŞ Afrika Qüvvələri Komandanlığı (AFRICOM) yaydı.

 Məlumatda təşkilata qarşı təzyiqin artırılması məqsədilə Qolis dağları bölgəsində düşərgə quran DEAŞ terrorçularına qarşı hava hücumu təşkil olunduğu ifadə edildi, mayın 8-də təşkil olunan hava hücumunda 13, mayın 9-dakı bombardmanda isə 4 terror təşkilatı üzvünün zərərsizləşdirildiyi bildirildi.
 
 Somali hökuməti ilə birgə aparıldan əməliyyatlarda mülki vətəndaşlar arasında itkilərin və yaralanmaların olmadığı ifadə edildi.
 
Qeyd edək ki, Somalidə ötən ildən bu yana Eş-Şebaba qarşı hava hücumlarını artıran Amerika Birləşmiş Ştatları son bir ayda DEAŞ-a qarşı dördüncü hücumunu həyata keçirib.


Etiketlәr: #Somali , #DEAŞ , #ABŞ

Әlaqәli Xәbәrlәr