Fransua Delattre: "İdlibdə yeni bir fəlakətin qarşısı alınmalıdır"

Fransanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Fransua Delattre  (François Delattre): " İdlibdə yeni bir Hələb fəlakətinin baş verməsinin qarşıdı nəyin bahasına olursa-olsun alınmalıdır" dedi.

1199208
Fransua Delattre: "İdlibdə yeni bir fəlakətin qarşısı alınmalıdır"


Fransanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Fransua Delattre BMT Təhlükəsizlik Şurasının İdlibə qarşı hücumları ilə bağlı keçirilən toplantısından əvvəl jurnalistlərə açıqlamalar verdi.
 
 İdlibdə münaqişələrin və zorakılığın artmasının son dərəcə narahatedici olduğunu bildirən Delattre: "İdlibdə yeni bir Hələb fəlakətinin baş verməsinin qarşısı nəyin bahasına olursa-olsun alınmalıdır" dedi.
 
 Delattre Suriya böhranında "kritik bir qovşağa" gəlindiyini qeyd etdi, münaqişələrin dərhal dayandırılmasına çağırdı.
 
 Almaniyanın BMT-dəki daimi nümayəndəsi Kristof Hoysgen (Christoph Heusgen) isə İdlibdə vəziyyətin gərginləşdiyini və yenə mülki infrastrukturların hədəf alındığını bildirdi.
 
 Hoysgen mövcud hərbi əməliyyatların tətbiq oluna bilməyəcəyini və siyasi həllin yeganə yol olduğunu vurğuladı.
 
 Qeyd edək ki, Rejim qüvvələri Türkiyə ilə Rusiya arasında sözügedən bölgədəki atəşkəsi möhkəmləndirmək üçün 17 sentyabr 2018-ci ildə Soçidə imzalanan razılaşmaya baxmayaraq şiddətli hücumlarını davam etdirir.



Әlaqәli Xәbәrlәr