İran ABŞ-nın Kuba ilə əlaqəli qərarını qınadı
Amerika Birləşmiş Ştatlarının Kubada fəaliyyət göstərən xarici şirkətlər haqqında məhkəmə işi qaldırılmasını nəzərdə tutan Helms-Burton Qanununu həyata keçirməsi qeyri insani tətbiqdir. Bunu İran XİN sözçüsü Abbas Musəvi deyib.
Sözçü Birləşmiş Millətlər Təşkilatının (BMT) Kubaya iqtisadi sanksiya tətbiq edilməsinə müxalif olduğunu ifadə edərək: "BMT-in bir çox üzvü Kubaya iqtisadi embarqolar tətbiq edilmişini istəmir. Baxmayaraq Vaşinqton öhdəliklərinə əməl etmir. İran ABŞ-nın Kuba ilə əlaqəli qəbul edilməz və "düşmənçilik" qərarlarını qınayır. Vaşinqtonun bu qərarı, müstəqil ölkələrə qeyri-qanuni təzyiqlərinin göstəricisidir. Beynəlxalq ictimaiyyət ABŞ-nın hüquq pozuntularına qarşı dər hal ciddi addımlar atmalıdır”-deyə sözcü vurğulayıb.
Qeyd edək ki, ABŞ Dövlət katibi Mike Pompeo ötən ay 1959-cu ildə Kuba inqilabından sonra ölkədəki Amerikalıların müsadirə edilən aktivlərinin xarici şirkətlər tərəfindən işlədilmisininin qarşısının alınacağını bildirmişdi.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb