Xorxe Arreaza: "Biz hər növ ssenariyə hazırıq"

Venesuela xarici işlər naziri Xorxe Arreaza (Jorge Arreaza) Amerika Birləşmiş Ştatlarının Venesuelaya qarşı hərbi müdaxilə yolunu seçməsi halında cavabın gecikməyəcəyini bildirdi.

1195879
Xorxe Arreaza: "Biz hər növ ssenariyə hazırıq"


Venesuela xarici işlər naziri Xorxe Arreaza Rusiyada rəsmi səfərdədir.

 Arreaza paytaxt Moskvada keçirdiyi mətbuat konfransında ABŞ-ın Venesuelaya qarşı mövqeyi ilə bağlı bəyanatlar verdi.
 
 ABŞ tərəfindən edilə biləcək hər növ silahlı hücuma cavab verəcəklərini bildirən Arreaza: "Biz hər növ ssenariyə hazırıq. Lakin hər şeydən əvvəl diplomatiyaya inanırıq" dedi.
 
 Arreaza Venesuelanın sülh tərəfdarı olduğunu və hamı ilə sülh barəsində danışmaq istədiklərini vurğuladı.
 
Xarici işlər naziri bunları söylədi: "Əgər ABŞ hərbi yolu seçsə, bizim də silahlı qüvvələrimiz, xalq milislərimiz, xalqımız var. Biz yalnız müqavimət göstərməyə və döyüşməyə yox, qələbə qazanmağa, nə qədər güclü olursa- olsun, hər növ ordunu məğlub etməyə hazırıq". 

Arreaza Venesuelada yerləşən Rusiya hərbi mütəxəssislərin sayının arta biləcəyini qeyd edərək: "Hazırda Venesuelada ekspertlər komissiyası var. Bu komissiyanın tərkibi əlbəttə ki, böyüyə bilər" deyə danışdı.
 
Xorxe Arreaza Venesuelanın Rusiya və Çinin dəstəyi ilə hazırda ABŞ-ın nəzarətində olan ənənəvi valyuta transferi üsullarına alternativlər ortaya qoya biləcəyinə ümid etdiyini söylədi.



Әlaqәli Xәbәrlәr