Qәtәr ABŞ vә Taliban arasındakı danışıqlara ev sahibliyi etdi
Qәtәr Amerika Birlәşmiş Ştatları vә Taliban arasındakı danışıqlara ev sahibliyi edәcәk.
Qәtәr Amerika Birlәşmiş Ştatları vә Taliban arasındakı danışıqlara ev sahibliyi edәcәk.
Bu barәdә Qәtәr Xarici İşlәr Nazirliyindәn verilәn mәlumatda bildirilib. Mәlumatda Amerika Birlәşmiş Ştatları ilә Taliban arasında çәrşәmbә günü Qәtәrin paytaxtı Dohada baş tutan danışıqların daha әvvәl tәrәflәr arasında keçirilәn danışıqların davamı olduğı bildirilib.
Bәyanatda tәrәflәrin keçirilәn son iki görüşdә Әfqanıstandan xarici qüvvәlәrin çıxması mәsәlәsi müzakirә etdiyi vurğulanıb.
Bәyanatda hәmçinin qeyd olunub ki, Qәtәr son müzakirәldәn arzu edilәn nәticәnin әldә edilәcәyinә ümidvardır.
Talibanın sözçüsü Zebihullah Mücahid dünәn Amerika Birlәşmiş Ştatları ilә baş tutan müzakirәlәrin Qәtәrdә yenidәn başladığını açıqlamışdı.
Taliban iyul ayından etibarәn ABŞ-ın Әfqanıstan üzrә xüsusi nümayәndәsi Zalmay Halilzad ilә 5 dәfә bir araya gәlib.
Әlaqәli Xәbәrlәr
Entoni Blinken Çinə etdiyi səfəri qiymətləndirib
Entoni Blinken CNN International-a verdiyi müsahibə zamanı Çinə etdiyi səfəri qiymətləndirib.