Cered Kuşner İsrail-Fәlәstin mәsәlәsini qiymәtlәndirib
Amerika Birlәşmiş Ştatları prezidenti Donald Trampın kürәkәni vә müşaviri Cered Kuşner ‘‘әsrin planı’’ kimi sәciyyәlәndirilәn İsrail-Fәlәstin sülh planının problemlәrin siyasi yolla hәll edilmәsi üçün yaxşı bir başlangıc olacağını deyib.

Bu barәdә Cered Kuşner Vaşinqton İnstitutunda keçirilәn tәdbirdә bildirib.
Tәdbirdә çıxış edәn Cered Kuşner gәlәn ay açıqlanması gözlәnilәn İsrail-Fәlәstin sülh planını qiymәtlәndirib.
Trampın açıqlayacağı planı ‘‘operativ proqram’’ adlandıran Cered Kuşner bildirib ki, İsrail-Fәlәstin sülh planı problemlәrin siyasi yolla hәll edilmәsi üçün yaxşı bir başlanğıcdır. Donald Tramp İsrail ilә Fәlәstin arasındakı problemә hәll yolu tapmaq üçün mәnә tapşırıq verib.
‘‘Qüdsün İsrailin paytaxtı vә Qolan tәpәlәrinin dә İsrailin torpağı olduğu hәqiqәtini görmәliyik’’,-deyә Amerika Birlәşmiş Ştatları prezidenti Donald Trampın kürәkәni vә müşaviri Cered Kuşner qeyd edib.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.