Cenevrәdә Suriya mәsәlәsi ilә bağlı mәşvәrәt toplantısı keçirilir

Birləşmiş Millətlər Təşkilatının Suriya üzrә xüsusi nümayəndəsi Geir O. Pedersen  Misir, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı, İngiltərə və Amerika Birləşmiş Ştatlarının yüksək səviyyəli diplomatları ilә  Suriya mövzusu ilә bağlı keçirilәn  m

1194614
Cenevrәdә Suriya mәsәlәsi ilә bağlı mәşvәrәt toplantısı keçirilir

Birləşmiş Millətlər Təşkilatının Suriya üzrә xüsusi nümayəndəsi Geir O. Pedersen  Misir, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı, İngiltərə və Amerika Birləşmiş Ştatlarının yüksək səviyyəli diplomatları ilә  Suriya mövzusu ilә bağlı keçirilәn  məşvərət toplantısında bir araya gəlib.

Yanvarın 8-dә vәzifәsinin icrasına başlayan  Pedersen  BMT-nin  "kiçik qrup" olaraq adlandırdığı ölkələrlə keçirdiyi ilk iclası Birlәşmiş Millәtlәr Tәşkilatının Cenevrədәki mәrkәzi qәrargahında  Türkiyә vaxtı ilә saat 12.30-da başlayıb.

Məşvərət toplantısında ABŞ-ın  Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri, Misirin xarici işlər nazirinin müavini  Yasir Elwy, Fransa prezidenti Emmanuel Makronun Suriya üzrә xüsusi nümayəndəsi Fransua Senemaud, Almaniyanın  Suriya üzrə xüsusi nümayəndəsi Robert Rohde, İordaniyanın  Suriya üzrә xüsusi nümayəndəsi Harun Həsən, Səudiyyə Ərəbistanının  Körfəz  mәsәlәlәri üzrә naziri  Tamer Əl Sabhan və İngiltərənin  Suriya üzrә xüsusi nümayəndəsi Martin Lonqden iştirak edirlәr.

Toplantıda çıxış edәn  Geir O. Pedersen bildirib ki, ilkin prioritetimiz Cenevrə prosesini canlandırmaq və tərəflər arasında etimadı artırmaqdır.

Toplantıda Suriya probleminin siyasi yolla hәll olunması vә Konstitusiya Komitәsinin yaradılması mәsәlәlәri dә gündәmә gәlib.

Ceyms Cefri toplantıdan әvvәl jurnalistlәrin suallarını cavablandırıb.

Ceyms Cefri jurnalistlәrin Türkiyәdә keçirdiyi görüşlәr ilә bağlı sualını cavablandıraraq deyib: ‘‘Görüşlәr müsbәt atmosferdә vә sәmәrәli keçdi’’.

Geir O. Pedersenin "kiçik qrup" ilə keçirəcəyi rəsmi toplantının ardından tərəflər arasında ikitərəfli görüşlər baş tutacaq.

Xatırladaq ki, Suriya mәsәlәsi ilә bağlı son mәşvәrәt toplantısı 2018-ci ilin 14 sentyabr ayında  BMT-nin Suriya üzrә keçmiş xüsusi nümayәndәsi Steffan de Misturanın sәdrliyi ilә keçirilmişdi.

Pedersen  çərşənbə günü BMT Təhlükəsizlik Şurasına  Suriyadakı son vәziyyәt haqqında mәlumat vermişdi.

Geir O.  Pedersen hәmçinin Astana prosesinin zamin ölkәlәri ilә  (Türkiyә, İran, Rusiya) may ayında Cenevrәdә  görüşәcәklәrini bildirib.



Әlaqәli Xәbәrlәr