ABŞ Səudiyyə Ərəbistanının rəhbərliyindəki koalisiyaya dəstəyini bildirdi

ABŞ dövlət katibi Mayk Pompeo Yəməndəki vətəndaş müharibəsində Səudiyyə Ərəbistanının rəhbərliyindəki koalisiyaya dəstəyini bildirdi.

1192286
ABŞ Səudiyyə Ərəbistanının rəhbərliyindəki koalisiyaya dəstəyini bildirdi

ABŞ dövlət katibi Mayk Pompeo Yəməndəki vətəndaş müharibəsində Səudiyyə Ərəbistanının rəhbərliyindəki koalisiyaya dəstəyini bildirdi.

Pompeo Əl-Riyaddakı Kral Halid Beynəlxalq Hava Limanından qalxan təyyarələrin təhlükə ilə qarşı-qarşıya olduğunu və ABŞ-ın vətəndaşlarını qorumaq məcburiyyətində qaldığını vurğuladı.

Dövlət katibi Pompeo bunları ölkəsindəki televiziya kanallarından birində iştirak etdiyi proqramda söylədi.

Yəmənli Husilər tərəfindən Səudiyyə Ərəbistanına atılan rakətlərin ABŞ-a qarşı təhdid olduğunu bildirən Pompeo “Səudiyyəlilərə bu təhlükəli raketlərə qarşı müdafiələri üçün verdiyimiz dəstək Amerikanın mənfəətləri üçün ən uyğun olan seçimdir” ifadəsini işlətdi.

Yəməndəki vətəndaş müharibəsində İranı ittiham edən Pompeo rəsmi Tehranın Husilərə ölkənin ən əhəmiyyətli limanlarından biri olan Hudeydə limanından çıxmamaları barədə təlimat verdiyini, həmin səbəbdən müharibənin davam etdiyini bildirdi.

Səudiyyə Ərəbistanının rəhbərliyindəki koalisiya təchizat, kəşfiyyatın ötürülməsi və silah satışı təmin edən ABŞ hökuməti, Yəməndə dinc vətəndaşların ölüm hallarının çox olmasında payı olduğuna görə tənqid edilir.

ABŞ Konqresinin iki qanadı- Nümayəndələr Palatası ilə Senatda təsdiq olunan və ABŞ-ın Yəməndə davam edən vətəndaş müharibəsində Səudiyyə Ərəbistanına dəstəyini dayandırmasını nəzərdə tutan qanun layihəsinə aprelin 16-da Tramp tərəfindən veto qoyuldu.  

Uzun müddətdir siyasi sabitsizliyin hökm  sürdüyü Yəməndə Husilər ilə hökumətə sadiq qüvvələr arasında döyüşlər davam edir. Husilər 2014-cü ilin sentyabr ayından bəridir paytaxt Sana və bəzi bölgələrə nəzarəti davam etdirir. Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri isə 2015-ci ilin mart ayından bəridir Husilərə qarşı Yəmən hökumətinə dəstək olur.



Әlaqәli Xәbәrlәr