Polşa Almaniyaya təzyiq etmək üçün Yunanıstanın yolu ilə getməyə hazırlaşır

Polşa parlamenti təzminat komissiyasının sədri Arkadiusz Mularczyk sosial mediadan paylaşdığı mesajında Yunanıstan parlamentindəki təzminat səsverməsini xatırladaraq deyib...

1190710
Polşa Almaniyaya təzyiq etmək üçün Yunanıstanın yolu ilə getməyə hazırlaşır

  İkinci Dünya Müharibəsi zamanı Almaniyanın işğalına uğrayan Polşa uzun müddətdir Berlindən təzminat tələb edir.

  Rəsmi Varşava Almaniyaya təzyiq etmək üçün Yunanıstanın yolu ilə getməyə hazırlaşır.

  Polşa parlamenti təzminat komissiyasının sədri Arkadiusz Mularczyk sosial mediadan paylaşdığı mesajında Yunanıstan parlamentindəki təzminat səsverməsini xatırladaraq deyib:  

  “Yunanıstandakı səsvermə İkinci Dünya Müharibəsi təzminat məsələsini beynəlxalq arenaya çıxardı. İndi Polşa parlamentinin qərarvermə vaxtıdır."

  Xatırladaq ki, rəsmi Berlindən müharibə təzminatı almaqda israr olan Yunanıstan məsələni 17 apreldə parlamentə çıxarmış, baş assambleya onu səs çoxluğu ilə qəbul etmişdi. Bununla da Yunanıstan Almaniyadan 300 milyard avrodan çox təzminat tələb etmiş sayılır.  

  Polşa isə Berlindən təxminən 800 milyard avro istəyir.

  Almaniyanın işğalı zamanı çox böyük zərər çəkən Polşada faşistlər tərəfindən 3 milyonu yəhudi olmaqla 6 milyon adam qətlə yetirilib.

  Rəsmi Berlin hər iki ölkəyə təzminat ödəməyi rədd edərək bildirib: “1953-cü ildə Şərqi Almaniya Sovet İttifaqının təzyiqilə Polşaya dəyən ziyanı ödəyib, Yunanıstana isə 1960-cı ildə 115 milyon mark verilib. Yəni məsələ o illərdə həm hüquqi, həm də siyasi baxımdan bağlanıb”.



Әlaqәli Xәbәrlәr