Şri-Lanka prezidenti terror aktlarını Xüsusi İstintaq Komitəsinın araşdıracağını açıqladı

Şri-Lanka prezidenti Maithripala Sirisena 290 nəfərin həyatını itirdiyi, 500-dən çox adamın yaralandığı, kilsə və otellərə edilən terror hücumlarını araşdırmaq üçün 24 saat ərzində Xüsusi İstintaq Komitəsi quracağını bildirib.

1187562

Komitə Ali Məhkəmənin hakimi başçılığında fəaliyyətlər aparacaq, terror aktlarının səbəblərini, arxa planını, ehtimallarla birlikdə digər faktları araşdıracaq.

Ölkə prezidentinin baş katibi Seneciratne komitə üzvlərinin 24 saat ərzində təyin olunacağını, terror aktları ilə əlaqədar hesabatın isə iki həftə ərzində tamamlanacağını söyləyib.

Şri-Lankanın Baş naziri Ranil Vikremesinghe isə terror hücumlarını ölkənin və iqtisadiyyatın sabitliyinə zərər vermək cəhdi olaraq gördüyünü bildirib.

Baş nazir həmçinin nizamın qorunması üçün bütün səlahiyyətli idarələrin birgə işləməsinin vacibliyini ifadə edərək “Müdafiə naziri, hərbi qüvvələrin komandirləri və Polis İdarəsinə hüquq və nizam-intizamın təmin olunması üçün istənilən tədbirlərin görülməsi barədə göstəriş verildi” ifadələrini işlədib.

Digər tərəfdən, terror aktlarından sonra həyata keçirilən əməliyyatlarda 24 nəfərin yaxalandığını bildirən Şri-Lanka polisi təfərrüatlı məlumat verməyib.

Әlaqәli Xәbәrlәr