Mali Baş naziri Soumeylou Boubeye Maiga istefa etdi

Prezident aparatından yayılan açıqlamada bildirilib ki, prezident İbrahim Boubacar Keita, 18 Apreldə Maiganın təqdim etdiyi istefa məktubunu qəbul edib.

1186357
Mali Baş naziri Soumeylou Boubeye Maiga istefa etdi

Şərhdə qeyd edilib ki, iqtidar və müxalifətlə məsləhətləşmələrdən sonra qısa müddətdə yeni Baş nazir təyin ediləcək.

Xatırladaq ki, ölkədəki müsəlman dini liderlər və ölkədəki müxalifət, eləcə də iqtidar koalisiyasının bəzi üzvləri 23 martda 160 nəfərin ölümü ilə nəticələnən etnik qarşıdurmadan məsul tutduqları Maidanın istefasını tələb edirdilər.

Ötən ay Malinin Mopti ərazisində yerləşən Fulani kəndinə hücum nəticəsində 160 adam öldü. Hücumdan iki həftə sonra, Paytaxt Bamakoda Baş nazir Maigianın istefasını tələb etmək və ölkənin mərkəzi bölgələrində müşahidə olunan təhlükəsizlik problemlərindən etiraz məqsədiylə on minlərlə adamın iştirakı ilə aksiyalar keçirildi.



Әlaqәli Xәbәrlәr