Hindistanda səsvermənin ikinci mərhələsi başladı

Hindistanda 11 apreldə başlanan parlament seçkilərinin ilkin mərhələsi başa çatdı. İkinci mərhələ aprelin 18-də başladı.

1185329
Hindistanda səsvermənin ikinci mərhələsi başladı

  Hindistanda 11 apreldə başlanan parlament seçkilərinin ilkin mərhələsi tamamlandı, ikinci mərhələ aprelin 18-də başladı.

  Hindistan Mərkəzi Seçki Komissiyası ilkin mərhələdə 18 əyalət və İttifaq Torpağı adı verilən 2 xüsusi idarəetmə bölgəsində keçirilən seçkilərdə təxminən 100 milyon nəfərin səs verdiyini bildirib.

 142 milyon qeydiyyatlı seçicinin olduğu ilkin mərhələdə iştirak nisbəti 69,43 faiz olub. Bu mərhələdə 18 əyalət və 2 İttifaq Torpağından 1279 namizəd parlamentin alt qanadı Lok Sabhanın (Xalq Məclisi) 91 yeri üçün yarışıb.

  Hakimiyyətdəki Hindistan Xalq Partiyası (BJP) və əsas müxalifət olan Hindistan Milli Konqres Partiyasının (İNC) hər biri ortaya 83 namizəd çıxarıb.

  Parlament seçkilərinin ikinci mərhələsi aprelin 18-də başladı. Bu mərhələdə 97 yer üçün 13 əyalətdə səs veriləcək. Səsvermə 23, 29 aprel və 6, 12 və 19 may tarixlərində davam edəcək. Nəticələr mayın 23-də açıqlanacaq.



Әlaqәli Xәbәrlәr