Avropa Parlamentinin Çinə çağırışı

Avropa Parlamenti (AP) Çinə uyğur, qazax və tibetlilərin səbəbsiz həbs edilmə hallarına son qoyulması və bütün düşərgələrin bağladılması üçün çağırış etdi.

1186067
Avropa Parlamentinin Çinə çağırışı

Avropa Parlamenti (AP) Çinə uyğur, qazax və tibetlilərin səbəbsiz həbs edilmə hallarına son qoyulması və bütün düşərgələrin bağladılması üçün çağırış etdi.

Fransanın Strasburq şəhərində keçirilən AP-nin ümumi iclasında Çini barələrində ittiham, mühakimə yaxud məhkumiyyət qərarı olmadan uyğur, qazax və tibetlilərə istiqamətli tətbiq olunan səbəbsiz həbs etmə hallarına son qoymağa çağıran qərarı 18 əleyhinə olmaqla 505 müsbət səslə qəbul etdi.

Səsvermədə 47 millət vəkili isə bitərəf səs saldı.

Qərarda Çində uyğur, qazax və tibetlilərə edilən təzyiqdən narahat olunduğu da bildirildi.  

Bu insanların vəziyyətinin sürətli şəkildə pisləşdiyi və əsas haqlarının məhdud edildiyi vurğulanan qərarda Sincan Uyğur Muxtar bölgəsindəki düşərgələrin Çinin digər bölgələrinə yayılacağına dair məlumatların da narahatlıq doğurduğu ifadə edilərək, Çindən bütün düşərgələrin  bağladılması istəndi.

Qeyd edək ki, dünya miqyasında xeyli sayda hökumət, beynəlxalq təşkilat və qeyri-hökumət təştilatları Çinin Uyğur Türklərinə yönəldilmiş tətbiqlərinə reaksiya göstərir.



Әlaqәli Xәbәrlәr