Almaniyada terror təşkilatı PKK tərəfdarları həbs edildi

Keçən ilin mart ayında Qarbsen şəhərində bir Türkə məxsus iş yerinin və Hannover şəhərində bir avtomobilin yandırılmasına təşəbbüs edilmişdi.

1185859
Almaniyada terror təşkilatı PKK tərəfdarları həbs edildi

“Hannoversche Algemeine Zeitung” qəzetində yer alan xəbərə görə, Celle Ali Əyalət Məhkəməsi Aşağı Saksonya əyalətinin Qarbsen şəhərində bir Türkə məxsus iş yerini və Hannover şəhərində bir avtomobili yandırmağa təşəbbüs edən PKK tərəfdarı 5 məhkumdan hər birinə 2 il 3 ay, digər ikisinə isə 2 il 6 ay iş kəsib.

Məhkəmə heyətinin sədri Ralf Günter qərarı elan edərkən etdiyi çıxışda məhkəmə heyətinin 3-ü suriyalı, 1-i iraqlı 4 məhkumun PKK-nı dəstəklədiklərinə qane olduğunu bildirərək, məhkumların PKK-nın gənclik təşkilatlanmasında yer alan və özünə aid dəlillərin itməsinə imkan yaradan bir şəxs tərəfindən təvşiq edildiklərini söyləyib.

Keçən ilin mart ayında Qarbsen şəhərində bir Türkə məxsus iş yerinin və Hannover şəhərində bir avtomobilin yandırılmasına təşəbbüs edilmişdi.

Qarbsendə hadisə yerində PKK-ya aid elanlar tapılmışdı.



Әlaqәli Xәbәrlәr