19-20 apreldə Misirdə keçiriləcək referendum

Misirdə prezidentin vəzifə müddətinin uzadılmasını nəzərdə tutan konstitusiya dəyişikliyilə bağlı referendum ölkə daxilində 19, ölkə xaricində isə 20 apreldə keçiriləcək.

1185435
19-20 apreldə Misirdə keçiriləcək referendum

Misirdə prezidentin vəzifə müddətinin uzadılmasını nəzərdə tutan konstitusiya dəyişikliyilə bağlı referendum ölkə daxilində 19, ölkə xaricində isə 20 apreldə keçiriləcək.

Misir Milli Seçki Şurasının sədri Laçın İbrahim paytaxt Qahirədə təşkil etdiyi mətbuat konfransında ölkə miqyasında keçiriləcək referendum tarixini elan etdi.

Qeyd edək ki, Misir prezidenti Əbdülfəttah əs-Sisinin 2030-cu ilədək vəzifədə qalmasına imkan yaradacaq konstitusiyaya dəyişiklik təklifi Məclisdə srağa gün qəbul edilmişdi.

Prezidentin vəzifə müddətilə əlaqədar maddədə “Mövcud prezidentin vəzifə müddəti 2018-ci ildə prezident seçkisinin üzərindən 6 il keçdikdən sonra başa çatır və bir dəfə də seçilə bilər” ifadələri yer alıb.  

Konstitusiyada aparılan dəyişikliyə görə Sisinin prezident kimi birinci dövr vəzifə müddəti 2018-ci ildən başlayıb.

Nizamlamaya görə, Sisinin birinci dövr prezident vəzifəsi 2024-cü ildə başa çatacaq, 6 illik yeni dövr üçün ikinci dəfə namized ola biləcək və beləliklə 2030-cu ilədək vəzifədə qala biləcək.

Misirdə qüvvədə olan 2014-cü ildəki konstitusiyaya əsasən, hərəsi dörd ildən olmaqla 2 dövr vəzifədə qalmaq hüququ tanıyır. Buna görə ikinci dəfə 2018-ci ildə prezident səçilən Sisinin vəzifə müddəti 2022-ci ildə başa çatır.

Sisinin 2014-cü ildən 2018-ci ilədək vəzifədə olduğu müddət “keçid dövrü” olaraq qəbul edildi və ilk dövr olaraq qəbul edilmədi.

Digər tərəfdən müxalifət referendumda qərarın əleyhinə səs verəcəyini açıqladı. Müsəlman Qardaşlar Təşkilatı (İhvan) isə referendumu boykot edəcəyini bildirdi. 



Әlaqәli Xәbәrlәr