İordaniya Kralı II Abdullah Fәlәstin vә Qüds mәsәlәsini qiymәtlәndirib

İordaniya Kralı II Abdullah Fәlәstin vә Qüds mәsәlәsindә hәr hansı tәzyiqi qәbul etmәyәcәklәrini söylәyib.

1184915
İordaniya Kralı II Abdullah Fәlәstin vә Qüds mәsәlәsini qiymәtlәndirib

 

 

İordaniya Kralı II Abdullah Fәlәstin vә Qüds mәsәlәsindә hәr hansı tәzyiqi qәbul etmәyәcәklәrini söylәyib.

İordaniya Kral Divanından verilәn açıqlamaya әsasәn, Kral Abdullah paytaxt Әmmandakı Әl-Hüseyniyә Sarayında mәclisdәki İslahat Koalisiyası üzrә millәt vәkillәri ilә görüşüb.

Kral Abdullah burada etdiyi çıxışda Qüds vә Fәlәstin mövzusundakı mövqelərində hər hansı dəyişikliyin  olmadığını söylәyib.

İordaniya Kralı müstәqil Fələstin dövlətinin qurulmasını nәzәrdә tutan  iki dövlətli həll prosesindәn  başqa  hər hansı bir həllin  olmadığını vurğulayıb.

Kralı II Abdullah hәmçinin  ölkәsinә Fәlәstin vә Qüds mәsәlәsindә edilәn hәr hansı tәzyiqi qәbul etmәyәcәklәrini söylәyib.

Yerli madia orqanları ABŞ-ın ‘‘Әsrin müqavilәsi’ni qәbul etmәsi üçün İordaniyaya tәzyiq göstәrdiyini iddia edib.



Әlaqәli Xәbәrlәr