Qanada güclü yağışlar həyatı iflic edib
Qanada güclü yağışların yağması nəticəsində paytaxt şəhərin ətrafında sel fəlakəti və daşqınlar baş verib.
1183680
Milli mətbuatın məlumatına görə, paytaxtın yaxınlığında yerləşən Akjei-Kojo bölgəsində iki gündür yağan güclü yağışlar 13 nəfərin itkin düşməsinə səbəb olub.
Fövqəladə Hallar İdarəsinin sözçüsü Corc Ayisi sel və daşqınların təsiri altında qalan bölgədə xilasetmə və axtarış fəaliyyətlərinin davam etdiyini, həyatını itirənlərin sayının arta biləcəyini bildirib.
Qeyd edək ki, paytaxt Akrada ötən həftə baş verən sel fəlakətində 5 nəfər həyatını itirdi.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb