Madelayn Mun: “Türkiyənin S-400 zenit-raket sistemi alması öz qərarıdır”

NATO Parlament Assambleyasının sədri Madelayn Mun (Madeleinə Moon) Türkiyənin S-400 zenit-raket sistemi almasının öz qərarı olduğunu bildirərək, Türkiyənin nə alacağı ilə əlaqədar qərarı özünün verəcəyini bildirdi.

1183639
Madelayn Mun: “Türkiyənin S-400 zenit-raket sistemi alması öz qərarıdır”

NATO Parlament Assambleyasının sədri Madelayn Mun (Madeleinə Moon) Türkiyənin S-400 zenit-raket sistemi almasının öz qərarı olduğunu bildirərək, Türkiyənin nə alacağı ilə əlaqədar qərarı özünün verəcəyini bildirdi.

Antalyada 12-14 aprel tarixlərində keçirilən və dünən başa çatan NATO PA 99-cu Rouz-Rot seminarı və Aralıq dənizi Orta Şərq xüsusi qrupu birgə yığıncağına qatılan Mun Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemi alması və Türkiyənin NATO-da öhdəsinə götürdüyü rol barədə “Anadolu” xəbər agentliyinə məlumat verib.

Türkiyəni güclü və fəal bir NATO müttəfiqi olaraq təsvir edən Mun deyib ki, Türkiyə çox həssas hadisələrdə və proseslərdə əhəmiyyətli rollar götürür. Əfqanıstan, İraq və Kosovadakı rolunu buna nümunə göstərə bilərik. Türkiyə NATO üçün məsuliyyət götürə bilən, güclü və sağlam bir müttəfiqdir.

Mun NATO-nun Baş katibi Yens Stoltenbərqin Türkiyənin S-400 almasının öz qərarı olduğuna diqqət çəkərək, “Baş katib Stoltenberq haqlıdır. Türkiyə nə alacağına dair qərarı öz verir. Eyni şəkildə hər NATO üzvü ölkənin satın aldığı şey o dövlətin qərarıdır. NATO heç kəsə nə alacağını yaxud nə edəcəyini söyləməz. Bu NATO-nun işləmə tərzi deyildir” deyib.

NATO PA-nın sədr müavini Franklin Van Kappen də Türkiyənin üzün müddətdir ABŞ-dan Patriotlar üçün tələbinin olduğunu, buna baxmayaraq ala bilmədiyini dilə gətirərək bildirib ki, Türkiyənin öz hava müdafiə sistəminə sahib olma haqqı var” deyib.

NATO PA Aralıq dənizi və Orta Şərq üzrə xüsusi qrupun sədri Filipe Folliot da Türkiyənin sadəcə S-400 deyil, istədiyi silahı almaqda azad olduğunu vurğulayıb. Folliot NATO üzvü hər ölkənin öz mənfəətinə və ehtiyacına görə hərəkət etməkdə azad olduğunu söyləyib.



Әlaqәli Xәbәrlәr