Almaniya Səudiyyə Ərəbistanına silah satışına başladı

Almaniya, Səudiyyə Ərəbistanılı jurnalist Camal Xaşoqçi cinayətinə görə bu ölkəyə dayandırdığı silah satışına yenidən başlama qərarına gəldi.

1183411
Almaniya Səudiyyə Ərəbistanına silah satışına başladı

Almaniya mətbuatının xəbərinə görə, Alman Milli Təhlükəsizlik Şurası Körfəz yanı ölkələrə hərbi texnika və texnologiya ixracına dair qərarı təsdiq etdi.

Almaniyada istehsal edilən təchizat və proqramlar Fransız Kamaq şirkəti vasitəsiylə Səudiyyə Ərəbistanına və Birləşmiş Ərəb Əmirliklərinə ixrac ediləcək.

Fransa və Almaniyanın istehsal etdiyi Kobra radar sistemlərinin bəzi təchizat və proqramlarının BƏƏ-nə ixracına da icazə verildi.

Qeyd edə ki, Almaniya hökuməti, Səudiyyə jurnalist Camal Xaşoqçinin 2 oktyabrda İstanbulda Səudiyyə Konsulluğunda öldürüllməsindən sonra Səudiyyə Ərəbistanına silah satışının sentyabr ayına qədər dayandırılmasını nəzənrdə tutan qərar qəbul etmişdi. Avropalı müttəfiqlər Fransa və İngiltərə isə Almaniyanın silah ixracını dayandırma qərarının müdafiə siyasətinə zərbə endirəcəyi ehtimalının güclü olduğunu irəli sürərək qərardan tənqid etmişdi.



Әlaqәli Xәbәrlәr