Aİ İrana tətbiq etdiyi sanksiyaların müddətini bir il də uzatdı

Avropa İttifaqı Şurası İrana insan haqlarının ciddi şəkildə pozulmasını əsas göstərərək tətbiq etdiyi sanksiyaların müddətini 1 il də uzatmaq qərarına gəldi.

1179136

Avropa Şurası bu  barədə yazılı açıqlama yaydı.

Açıqlamada İranda "insan haqlarının ciddi şəkildə pozulması səbəbindən" bu ölkəyə qarşı görülən məhdudlaşdırıcı tədbirlərin müddətinin 13 aprel 2020-ci ilə qədər uzadılması barədə qərar qəbul olunduğu bildirilir.
 
 Açıqlamada Avropa İttifaqının İran sanksiya siyahısında əmlakları dondurulmuş və viza qadağası qoyulmuş 1 şirkət və 82 şəxsin olduğu bildirilir. 

İranda təzyiq ünsürü olaraq istifadə edilə biləcək avadanlıq və dinləmə texnologiyalarının bu ölkəyə ixracının qadağan olunması məsələsi də açıqlamada öz əksini tapıb.
 
Qeyd etmək lazımdır ki, Avropa ttifaqı İrana qarşı ilk dəfə 2011-ci ildə başladığı insan haqları pozuntusu sanksiyalarının müddətini hər il uzadaraq davam etdirir.
 
 İttifaqın nüvə proqramı səbəbindən İrana qarşı tətbiq etdiyi iqtisadi və maliyyə sanksiyaları isə ləğv edilib.

Әlaqәli Xәbәrlәr