Avropa İttifaqının Liviyadakı tərəflərə çağırışı

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Liviyada dərinləşən gərginliyin azaldılması və müzakirə prosesinə qayıdılması üçün çağırış etdi.

1179196

Moqerini Lüksemburqda təşkil edilən Xarici İşlər Şurası yığıncağından əvvəl verdiyi açıqlamada bildirib ki, Liviyanın şərqindəki hərbi qüvvələrin lidəri gənəral Xəlifə Hafterin paytaxt Tripoliyə yaxınlaşması qarşısında bölgədəki dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi vacibdir. Liviyalı liderlər hərbi gərginliyi dərinləşdirmkədən imtina etməli və müzakirə masasına qayıtmalıdırlar.

Xatırladaq ki, aprelin 4-də Liviya Milli Ordusunun komandanı feldmarşal Xəlifə Hafter ölkənin əsas şəhərinə hücum əməliyyatının başladığını elan etmişdi.

Әlaqәli Xәbәrlәr