Maduro dialoqa, Quaydo meydanlara çağırdı

Venesuela dövlət başçısı Maduro müxalifəti yenə də dialoqa, özünü müvəqqəti prezident elan edən Quaydo isə tərəfdarlarını meydanlara çağırdı.

1178354
Maduro dialoqa, Quaydo meydanlara çağırdı

 

Tarihinin ən ciddi siyasi böhranını yaşayan Venesuelada hökumət tərəfdarları və əleyhdarları yenə ölkə miqyasında keçirilən yürüşlərlə meydanları doldurdular.

Karakasda həyata keçirilən 2 ayrı mitinqdə müxalifət və hökumət tərəfdarı olan minlərlə venesuelalı iştirak etdi.

Hakimiyyətdə olan Venesuela Birləşmiş Sosialist Partiyası ilə (PSUV) yanaşı, həmkarlar ittifaqları və QHT-lərin dəstəyi ilə şəhərin bir neçə nöqtəsindən hərəkətə keçən Venesuela prezidenti Nikolas Maduronun tərəfdarları prezident sarayı Mirafloresin qarşısındakı Urdaneta Bulvarındakı mitinq meydanına qədər yürüdülər.

 Mitinqə qatılan prezident Maduro burada çıxış edərək: "Venesuelanın yaxşılığı, gələcəyi üçün bir müzakirə, dialoq və anlaşma axtarışı mövzusundakı könüllülüyümü və dəstəyimi bir daha təkrar edirəm" dedi.

 Maduro ABŞ prezidenti Donald Tramp və kabinetinin Venesuelaya qarşı təcavüzkar mövqeyinə son qoyması üçün dünyadakı digər dövlətlərdən "səs çıxarmalarını" istədi.

 "Venesuela xalqı bu qədər nifrəti və təcavüzkarlığı haqq etmir" deyən Maduro nə qədər sanksiya tətbiq edilirsə-edilsin, qalib gələcəklərini vurğuladı.

 Bir müddət əvvəl baş verən və "təxribat" kimi qiymətləndirdikləri 4 böyük elektrik enerjisi kəsintisinə də toxunan Maduro ayın sonuna doğru baş verən son fasiləyə Kolumbiya və Çilidən təşkil olunan kiber hücumların səbəb olduğunu iddia etdi.

 Maduro elektrik enerjisi fasilələri və ondan sonra ortaya çıxan şəbəkə suyunun paylanmasındakı problemlərlə mübarizəyə davam edəcəklərini bildirdi və xalqdan səbrli olmağı xahiş etdi.

 Bu arada, mitinqdə hökumətin Venesuela Qurucu Məclisi (ANC) tərəfindən təsdiq olunan inkişaf planı məclisin sədri və Venesuela Birləşmiş Sosialist Partiyasının birinci sədr müavini Diosdado Kabello tərəfindən Maduroya təhvil verildi.

 ABŞ-ın dəstək verdiyi Xuan Quaydonun "Azadlıq əməliyyatı" adlı yeni meydan aksiyaları planına dəstək verən müxalifətçilərin isə paytaxtın Sukre, Baruta, Libertador və Chacao səmtlərindən başladıqları yürüşləri El Marquesdəki mitinqlə başa çatdı.

 Burada müxaliflərə səslənən Quaydo yürüşün elektrik və su fasilələrinə etiraz etməkdən daha çox hökumətin getməsi üçün keçirildiyini ifadə etdi.

Quaydo çərşənbə günü "Azadlıq əməliyyatı"nın yeni mərələsinə keçəcəklərini söyləyərək, müxalifləri yenidən ölkə miqyasında mitinqlər təşkil etməyə çağırdı.

 Venesuela Xarici İşlər naziri Xorxe Arreazanın həftə içi həyata keçirdiyi Suriya səfərini də tənqid edən Quaydo: "Suriya kimi qətliamçılarla bir araya gələrək bizi qorxuda biləcəklərini güman edirlər" dedi.

Qeyd edək ki, Venesuela xarici işlər naziri Xorxe Arreaza həftə içi Suriyaya səfər edib və burada rejim lideri Bəşər Əsəd və rejimin xarici işlər naziri Vəlid Müəllim ilə görüşüb.

 Arreaza səfəri zamanı verdiyi açıqlamada "Suriya müharibəsinin terrorizmlə mübarizə məsələsində dünya xalqlarına nümunə olduğu" fikrini səsləndirib və Venesuelanın Suriyanın müqavimət təcrübəsindən götürəcəyi dərslər olduğunu iddia edib.



Әlaqәli Xәbәrlәr