Yens Stoltenberqin səlahiyyət müddəti 2022-ci il sentyabrın 30-dək uzadıldı

NATO-nun hazırkı Baş katibi Yens Stoltenberqin mandatı 2022-ci il sentyabrın 30-dək uzadıldı.

1172736
Yens Stoltenberqin səlahiyyət müddəti 2022-ci il sentyabrın 30-dək uzadıldı

NATO-nun hazırkı Baş katibi Yens Stoltenberqin mandatı 2022-ci il sentyabrın 30-dək uzadıldı.

Bu barədə Şimali Atlantika alyansının martın 28-də Brüsseldə yayılan bəyanatında bildirilir.

NATO üzrə müttəfiqlər Baş katib Yens Stoltenberqin mandatını daha iki il - 2022-ci il sentyabrın 30-dək uzatmaq barədə razılığa gəldilər.

Qeyd olunub ki, müttəfiqlər baş katibin NATO-nun adaptasiyası və modernləşdirilməsi üzrə işinə dəstəklərini ifadə ediblər.

Yens Stoltenberq bu barədə şəxsi “Twitter” səhifəsində yazıb ki, NATO üzrə müttəfiqlərin mənim səlahiyyət müddətimi 2022-ci il sentyabrın 30-dək uzatmasını özümə şərəf bilirəm. Hazırda ciddi təhlükəsizlik məsələlərilə qarşı-qarşıyayıq. Belə bir zamanda alyansımızın gələcəyə uyğunlaşdırılması üçün onun adaptasiyası və modernləşdirilməsini birlikdə davam etdirəcəyik.

Xatırladaq ki, 60 yaşlı Stoltenberq NATO-ya 2014-cü ildən rəhbərlik edir.

NATO-nun 13-cü Baş katibi olan Stoltenberq 2000-2001 və 2005 ilə 2013-cü illərdə Norveçdə baş nazir vəzifəsində olub.



Әlaqәli Xәbәrlәr