"Mərkəzi Amerika ölkələri miqrant axınının qarşısını almır", D.T

ABŞ prezidenti Donald Tramp Mərkəzi Amerika ölkələrini sərhəddəki miqrant axınının qarşısının alınmasına dair hər hansı səy göstərməməkdə günahlandırıb.

1172655

ABŞ-ın Texas ştatına bağlı El Paso şəhəri sərhədində müəyyən həddə çatan miqrant sayına görə xeyli sayda miqrantın hər hansı istintaq olmadan birbaşa ölkəyə keçməsinə icazə verildikdə ABŞ prezidenti Tramp bu vəziyyətə sosial şəbəkə “Twitter” səhifəsində reaksiya göstərdi.

Tramp paylaşmasında bildirib ki, “Meksika qeyri-qanuni miqrantların ölkəmizə axışının qarşısının alınmasına yardım etmək üçün hər hansı addım atmır. Sadəcə danışırlar və hər hansı addım atılmır. Eyni şəkildə Honduras, Qvatamela, El Salvador illərdir pulumuzu alır və heç nə etmir. Belə pis qanunlar Demokratların vecinə də deyil. Cənub sərhəd keçid məntəqəsi bağlana bilər.

ABŞ Gömrük və Sərhəd Mühafizəsi komissarı Kevin McAlean Texas ştatına bağlı El Paso şəhərindəki sərhəd nəzarət məntəqəsində miqrant sayının ən yuxarı həddə çatdığını, xeyli sayda miqrantın hər hansı araşdırma aparmadan birbaşa ölkəyə keçməsinə icazə verildiyini açıqlamışdı.

Әlaqәli Xәbәrlәr