İngiltәrә Baş naziri ‘‘Brexit’’ dәn sonra istefa verәcәyini açıqladı

Bu barәdә Tereza Mey Mühafizəkar Partiyanın üzvlərini birləşdirən 1922-ci Komitənin iclasında bildirib.

1172077
İngiltәrә Baş naziri ‘‘Brexit’’ dәn sonra istefa verәcәyini açıqladı

 

 

 

Böyük Britaniyanın baş naziri Tereza Mey “Brexit” sazişi qüvvəyə mindikdən sonra istefa verəcəyini açıqlayıb. 

Bu barәdә Tereza Mey Mühafizəkar Partiyanın üzvlərini birləşdirən 1922-ci Komitənin iclasında bildirib.

"Bizim ölkəmizin və partiyamızın düzgün hesab etdiyini həyata keçirmək üçün mən baş nazir vəzifəsini planlaşdırdığımdan öncə tərk etməyə hazıram",-deyә Tereza Mey vurğulayıb.

 

Qeyd edək ki, “Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. “Brexit” prosesi rəsmən 2019-cu ilin 29 martında başa çatmalı idi. Ancaq Britaniya parlamenti ölkənin Avropa İttifaqından  ayrılma formasını müəyyənləşdirəcək “Brexit” sazişini iki dəfə rədd edib. Nəticədə rəsmi London Aİ-dan çıxış tarixinin 30 iyunadək uzadılması üçün Brüsselə müraciət edib. Mayın 23-də isə Avropa Parlamentinə keçiriləcək seçkilərlə əlaqədar Brüssel “Brexit”in mayın 22-dək təxirə salınmasına şərti razılıq verib. 



Әlaqәli Xәbәrlәr