“ABŞ beynəlxalq ictimaiyyətə verdiyi vədləri yerinə yetirməlidir", M.Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ prezidenti Donald Trampın “Rusiyanın Venesueladan çıxması lazımdır” sözlərini tənqid edib.

1172040
“ABŞ beynəlxalq ictimaiyyətə verdiyi vədləri yerinə yetirməlidir", M.Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ prezidenti Donald Trampın “Rusiyanın Venesueladan çıxması lazımdır” sözlərini tənqid edib.

Sözçü “Perviz” televiziya kanalında bu məsələyə toxunaraq deyib: “ABŞ beynəlxalq ictimaiyyətə verdiyi vədləri yerinə yetirməlidir. Birinə bir yerdən çıxmasını tövsiyə etmədən əvvəl ABŞ-ın özü Suriyadan çıxmalıdır”.

Zaxarova ABŞ-ın digər ölkələrin qanuni mənfəətlərilə bağlı qərar verməməsinin vacibliyini də vurğulayıb.

Qeyd edək ki, Tramp Venesuelada özünü prezident elan edən Xuan Quaydonun həyat yoldaşı Fabiana Rosales de Quaydonu Ağ Evdə qəbulunda Rusiyanın Venesueladakı mövcudluğuna dair suala cavabən bildirib ki, Rusiya Venesueladan çıxmalıdır.

Venesuela milli mətbuatında yer alan xəbərlərdə 24 mart tarixində Rusiya Müdafiə Nazirliyinə bağlı bir hərbi nəqliyyat təyyarəsilə bir qırıcı təyyarənin paytaxt Karakasın şimalındakı Maiquetia Beynəlxalq Simon Bolivar hava limanına endiyi və 100-dən çox rus əsgəri ilə 35 ton tibbi yardımın aparıldığı irəli sürüldü.  

Sözçü Mariya Zaxarova isə Venesuelaya gedən hərbi mütəxəssislərin iki ölkə arasındaki hərbi-texniki əməkdaşlıq çərçivəsində adı çəkilən ölkədə olduğunu bildirdi.  



Әlaqәli Xәbәrlәr