Avropa İttifaqının beş ölkəsi İsraillə bağlı açıqlama verdi

BMT Təhlükəsizlik Şurasının üzvləri - Fransa, İngiltərə, Belçika, Almaniya və Polşa Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın Colan (Golan) təpələri üzərində İsrailin suverenliyini tanımasına dair birgə bəyanat verərək bildirib...

1171344
Avropa İttifaqının beş ölkəsi İsraillə bağlı açıqlama verdi

  Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Avropa İttifaqı olan beş ölkə Colan təpələrinin İsrail torpağı olmadığı və bölgənin güc tətbiqilə ilhaqının beynəlxalq hüquqa zidd olduğu açıqlamasını verdi.

  BMT Təhlükəsizlik Şurasının üzvləri - Fransa, İngiltərə, Belçika, Almaniya və Polşa Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın Colan (Golan) təpələri üzərində İsrailin suverenliyini tanımasına dair birgə bəyanat verərək bildirib:

  “İsrailin Colan təpələri də daxil, 1967-ci ildən bəri işğal etdiyi torpaqlar üzərindəki suverenliyini tanımırıq. Bu torpaqlar İsrailə aid deyil.

  Regionun güc tətbiqilə ilhaqı beynəlxalq hüququ pozur. Birtərəfli sərhəd dəyişikliyi elanı qaydalara əsaslanan beynəlxalq sistemə və BMT Konvensiyasına ziddir.

  İsrailin Colan təpələrinin qeyri-qanuni ilhaqının daha böyük və regional problemlər doğuracağına görə narahatıq.

  BMT İsrailin 1981-ci ildə Colan təpələrini işğal etdikdən sonra verdiyi 497 saylı bu ilk qərarına qarşı çıxır, İsrailin bu torpaqlarda öz qanun, mühakimə və idarəsinin tətbiqini qanunsuz sayır və bunların beynəlxalq hüquqi etibarlılığı yoxdur.”



Әlaqәli Xәbәrlәr