Yəmən ABŞ-ın Qolan təpələrilə əlaqədar qərarına reaksiya göstərdi

Yəmən ABŞ prezidenti Donald Trampın İsrailin Qolan təpələri üzərində suverenliyini tanıma qərarı ilə beynəlxalq hüququ pozduğunu bildirdi.

1171136

Yəmən  rəsmi xəbər agentliyi “SABA”da yer tutan Xarici İşlər Nazirliyinin açıqlamasında ABŞ-ın qərarının Suriya torpağı olan işğal altındakı Qolan təpələrinin qanuni statusunu dəyişməyəcəyi vurğulanıb.  

Açıqlamada BMT-nin qəbul etmədiyi və beynəlxalq hüquqa zidd  olan başqa torpaqların zorakılıqla ələ keçirilməsinə Yəmənin rədd etdiyi bildirilib.

ABŞ prezidenti Donald Tramp Qolan təpələri üzərində İsrailin suverenliyini tanıyan prezident sənədini imzalamışdı.

Qeyd edək ki, Suriya torpağı olan Qolan təpələri 1967-ci ildən bəridir İsrailin işğalındadır. 1981-ci ildə Qolan təpələrini tək tərəfli ilhaq etdiyini bəyan etdiyini açıqlamış, ancaq beynəlxalq ictimaiyyət bu qərarı tanımamışdı.

Әlaqәli Xәbәrlәr