Rusiya Venesuelaya əsgər və tibbi yardım göndərdi

Rusiyada milli mətbuatda yer alan xəbərlərə görə Müdafiə Nazirliyinə məxsus bir hərbi nəqliyyat təyyarəsilə bir təyyarə Venesuelanın paytaxtı Karakasın şimalındakı Mayketiya beynəlxalq Simon Bolivar hava limanına enib.

1169737

Təyyarədə 100-dən çox rus əsgəri və hərbi nəqliyyat təyyarəsində isə 35 min ton tibbi yardım olduğu bildirilib.

Rusiya Silahlı Qüvvələrinin ali komandanı Vasily Tonkoskurovun əsgərlərə başçılıq etdiyi irəli sürülüb.

Ruslara məxsus nəqliyyat təyyarəsilə digər reaktiv təyyarənin şəkil və görüntüləri sosial şəbəkə vasitəsilə paylaşım edilib.

İki ölkə rəsmilərinin mövzuya dair hər hansı açıqlaması hələ də yayılmayıb.

Qeyd edək ki, Venesuela prezidenti Nikolas Maduro keçən həftə verdiyi açıqlamada Rusiyadan yardım alacaqlarını bildirmişdi.

Әlaqәli Xәbәrlәr