İndoneziyada güclü zәlzәlә baş verib

İndoneziyanın  Sulavesi adasının yaxınlığında 5,7  bal gücündə zəlzələ baş verib.

1169434
İndoneziyada güclü zәlzәlә baş verib

 

İndoneziyanın  Sulavesi adasının yaxınlığında 5,7  bal gücündə zəlzələ baş verib.

Zəlzələnin episentri Mәrkәzi Sulavesi әyalәtinin Poso bölgәsindәn 54 kilometr cәnub-qәrbdә yerləşib. Yeraltı təkanlar 54 kilometr dərinlikdə baş verib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur. Zәlzәlәdәn sonra sunamı ilә bağlı xәbәrdarlıq edilmәyib.

Qeyd edәk ki, Kolumbiyada da 6 bal gücündә zәlzәlә qeydә alınıb.

Mәlumata әsasәn, yerli vaxtla saat 14.21-dә baş verәn zәlzәlәnin episentri Valla del Kaukanın Versales qәsәbәidir. Yeraltı tәkanlar 124 kilometr dәrinlikdә qeydә alınıb.

Zərərçəkənlər və dağıntıların olması ilə bağlı məlumat yoxdur. 



Әlaqәli Xәbәrlәr