Yeni Zelandiyada mәscidә silahlı hücum edilib

Bu barәdә yerli mәtbuat orqanları mәlumat yayıb.

1163827
Yeni Zelandiyada mәscidә silahlı hücum edilib

 

 

Yeni Zelandiyada mәscidә cümә namazı vaxtı silahlı hücum tәşkil edilib. Hücum nәticәsindә çox sayda adamın hәlak olduğu bildirilir.

Mәlumata әsasәn, hadisә Kris-Karç şəhərinin Hagley Park qəsəbəsində baş verib.

Hücum zamanı məsciddə 200-300 adamın olduğu bildirilir.

Hücumla bağlı üçü kişi, biri dә qadın olmaqla dörd nәfәrin saxlanıldığı bildirilir.

Ölkәnin Baş naziri Jacinda Ardern deyib: ‘‘Bu gün ölkәmizdә әn qaranlıq günlәrdәn biri yaşanır’’.

Yerli mәnbәlәrin yaydığı mәlumata görә, hücum nәticәsindә 49 nәfәr hәlak olub.

Hadisәdәn sonra bölgәdә tәhlükәsizlik tәdbirlәri güclәndirilib.



Әlaqәli Xәbәrlәr